2018-ci illin birinci rübündə Goranboy rayonunda görülmüş işlər » Memur.az

2018-ci illin birinci rübündə Goranboy rayonunda görülmüş işlər

2018-ci illin birinci rübündə Goranboy rayonunda görülmüş işlər





















Birinci rübün yekunları rayonumuz üçün uğurlu olmuşdur.
Rayonda tikinti, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binasının tikintisi başa çatmaq üzrədir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına rayon Mərkəzi xəstəxanası üçün yeni binanın tikintisi aparılır, yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Cənab Prezidentin tapşırığı ilə rayonda Olimpiya İdman Kompleksinin tikintisi üçün 3 milyon manat vəsait ayrılmış, tikintiyə başlanılmışdır. Növbəti ildə Kompleksin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Sahəsi 750 kv.metr olan Bayraq muzeyinin tikintisi başa çatmaq üzrədir, 67 metr hündürlüyündə Dövlət Bayrağı ucaldılmışdır. Xalça istehsalı emalatxanasının tikintisinə başlanmışdır. Yaxın günlərdə isə Ailə və Uşaqlara Dəstək Mərkəzinin tikintisinə başlanacaqdır.
Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Dəliməmmədli-Quşçular-Fəxralı-Alpout-Qurbanzadə avtomobil yolunun tikintisi ilə bağlı hazırlıq işləri aparılır. Ümumilikdə isə son 8 ildə 130 km-dən artıq yol yenidən tikilmişdir ki, bu da mövcud kəndlərarası yolların 82 faizi deməkdir.
Goranboy şəhərində 28 ədəd çoxmənzilli yaşayış binası vardır. Möhtərəm Prezidentimizin tapşırığına əsasən 2016-cı ildə bu binalardan 11-i, ötən il isə 12-si, o cümlədən Goranboy şəhərində 9, Dəliməmmədli şəhərində 2, Qızılhacılı qəsəbəsində isə bir bina təmir edilmişdir. Bu il isə Goran qəsəbəsi 2, 4, 6 və Goranboy şəhəri, M.Məhərrəmov küçəsi, 22 saylı binaların dam örtüyü, fasad və həyətyanı sahələrində təmir işləri aparılır. Hazırda Goran qəsəbəsi 2, 4, 6 saylı binaların fasad hissələri suvanmış, həyətlərə səki yan daşları düzülmüşdür. Həmçinin Dəliməmmədli şəhərində 20-dək kommunal evlərin dam örtüklərinin dəyişdirilməsi üçün sənədləşmə işləri aparılır, yaxın günlərdə işlərə başlanılacaqdır. Şəhərdə qəzalı vəziyyətdə olan 3 ədəd binanın yenidən tikilməsi üçün aidiyyəti orqanlara müraciətlər edilmişdir.
Şəhərin İsmət Qayıbov, Səməd Vurğun, İlham İsmayılov, Səlahəddin Civəzadə küçələrində 2500 p/metr səki yan daşları düzülmüş, yaşıllıq zolaqlarına torpaq qatı verilmişdir.
Vüqar Bayramov küçəsi və Heydər Əliyev prospektində səkilərdə 1200 kv.metr səki bərpa edilmişdir.
Vüqar Bayramov və Rövşən Mustafayev küçlərində hasarlara vurulmuş aqlay tavalar bərpa edilir. Səlahəddin Civəzadə küçəsində səkilərə asfalt örtük salınacaqdır.
Küçələrdə 1000 ədəd yeni dekorativ ağac və gül kolları əkilmişdir.
Yaxın günlərdə şəhərin Mirqalib Nağıyev, Məmməd Məhərrəmov, Cəfər Cabbarlı, Nizami, Nəriman Nərimanov küçələrində asfalt beton örtüyün salınmasına başlanılacaqdır.
Rayonun yaşayış məntəqələrində də abadlıq-quruculuq işləri davam etdirilmişdir. Əvvəlki illərdə olduğu kimi yerli icma və qeyri-hökumət təşkilatlarının maliyyə dəstəyi ilə yerli əhəmiyyətli problemlərin həlli ilə bağlı layihələrin icrası nəzarətdə saxlanılmışdır.
Ümumilikdə ötən il AZKİL təşkilatı ilə birlikdə 12 layihə həyata keçirilmişdir. Bu layihələrdən 6-sı yolun təmiri, 5-i icmanın abadlaşdırılması, 1-i isə suvarma sisteminin təmiri olmuşdur. 5 kənddə 53,5 km kəndarası yollar, həmçinin 12,3 km Ağamalıoğlu-Baxçakürd-Dəyirmanlar yolu yenidən qurulmuş, 6 ədəd avtobus dayanacağı quraşdırılmışdır. Bəşirli, Qırıqlı, Xoylu, Muzdurlar, Nadirkənd kənd qəbristanlıqlarının ətrafına 4166 metr yeni hasar çəkilmiş, abadlıq işləri aparılmış, su xətti çəkilmiş, bulaqlar tikilmişdir. Zeyvə kəndində isə 10,3 km suvarma kanalı lildən təmizlənərək təmir edilmiş, su keçidləri quraşdırılmışdır. Bu il də bir neçə kənddə bu kimi layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Ötən il cənab Prezidentin tapşırığına əsasən açılmış ictimai iş yerlərində 524 nəfər aztəminatlı vətəndaş işlə təmin edilmişdir. Onlardan 76 nəfəri rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində işləməklə hər ay 125 manat, çoxmənzilli binaların təmirində isə 150 nəfər işləməklə hər ay 200 manat əmək haqqı almışdır. Cənab Prezidentin tapşırığına əsasən bu il də 335 yeni ictimai iş yeri açılmışdır ki, onlardan 260-ı Goranboy Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində, 75-i çoxmənzilli binaların təmirində çalışır.
Rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir.Xoylu kənd tam orta məktəbinin əlavə tədris korpusunda əsaslı təmir işləri başa çatmaq üzrədir.
Ümumilikdə isə son 7 ildə 24 məktəb, 3 əlavə tədris korpusu inşa edilmiş, 11 məktəb isə əsaslı təmir edilmişdir. Təbii ki, bütün bunlar tədrisin keyfiyyətinə müsbət təsir göstərmişdir. Son illər ali məktəblərə qəbulun nəticələrindəki müsbət binamika da bunu deməyə əsas verir.2018-ci illin birinci rübündə Goranboy rayonunda görülmüş işlər
Məktəbəqədər təhsilin ilkin pilləsi olan uşaq bağçalarının maddi bazasının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır. Kələk kəndində yeni uşaq bağçası üçün bina inşa edilmiş, yaxın vaxtlarda açılacaqdır. Ağamalıoğlu kənd uşaq bağçasında əsaslı təmir işləri aparılır.
Məlumat üçün bildirirəm ki, Cənubi Qafqaz boru kəmərinin çəkilişi ilə bağlı rayonun Borsunlu kəndinin «Kərpiclitəpə» ərazisində orta əsrlərə aid böyük tarixi-mədəni əhəmiyyətə malik arxeoloji abidə – Feodal qəsri aşkar edilib. Arxeoloji abidənin tarixi-elmi əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları əraziyə ezam olunublar. Qazıntı işləri zamanı tapılmış maddi-mədəni nümunələrə əsasən müəyyən edilib ki, Böyük İpək Yolunun üzərində yerləşən bu Feodal qəsrində təxminən XI-XIII əsrlərdə intensiv yaşayış olub. Bu qəsr Azərbaycanın orta əsr tarixini, eləcə də həmin dövr istehsal mədəniyyətini, sənətkarlıq sahələrini və mədəni-iqtisadi əlaqələrini öyrənmək üçün böyük əhəmiyyət daşıyır.
Ötən il aqrar bölmədə ciddi uğurlar əldə edilmişdir. Pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramları aqrar sahənin inkişafına ciddi təkan vermişdir.
Goranboy və Samux rayonlarının inzibati ərazisində yerləşən «Boz dağ» massivində yaradılmış Goranboy Aqroparkının fəaliyyətə başlaması üçün xeyli iş görülmüşdür. Bura Şəmkir maşın kanalından 12,1 km su kəməri çəkilmiş, su anbarları inşa edilmiş, müasir suvarma sistemləri quraşdırılmışdır. 14 km yüksək gərginlikli elektrik xətti çəkilmiş, transformator quraşdırılmışdır. 12 km qaz xəttinin çəkilməsi yekunlaşmaq üzrədir. İnzibati və yardımçı binaların tikintisi aparılır. Meyvə bağları salınmışdır. İş davam edir. Burada həmçinin taxıl, şəkər çuğunduru, texniki bitkilər əkiləcək, emal müəssisələri, soyuducu anbarlar inşa ediləcək, 500 yeni iş yeri yaradılacaqdır. Hazırda Aqroparkda 100 nəfər daimi işçi çalışır.
Ötən il Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Əhməd Əhmədzadənin köməkliyi ilə Şəmkir maşın kanalı vasitəsi ilə Dəliməmmədli şəhəri ərazisinə suvarma suyu verildi. Kanalın altında yerləşən 8 kənddə su təminatı əsasən ödənildi. Bu il isə kanalın Nadirkənd kəndinədək 7 km-lik hissəsi istifadəyə veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bu il 16 yaşayış məntəqəsində 19 ədəd subartezian quyusu qazılacaqdır. Suvarma suyu məhdud bir rayon üçün bu, çox böyük əhəmiyyət kəsb edəcəkdir.
Cənab Prezident yekun nitqində Azərbaycanda 400 hektarda, ondan da çox sahədə yeni istixanaların yaradıldığını qeyd etmişdir. Rayonda da bu sahə inkişaf etməkdədir. Hazırda rayonda ümumi sahəsi 59 min kvadrat metrdən çox olan 17 ədəd istixanada il ərzində 800 tona qədər faraş məhsul yetişdirilir ki, bunun da bir hissəsi xarici bazara çıxarılır. Bu gəlirli sahənin genişləndirilməsinə diqqət artırılmalıdır.
Eyni zamanda rayonun sahibkarları istehsal etdikləri məhsulun xarici bazara çıxarılması üçün «Azexport» portalından yararlanmalıdır.
2018-ci illin birinci rübündə Goranboy rayonunda görülmüş işlər
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən respublikanın digər bölgələri ilə yanaşı rayonumuzda da elektrik təsərrüfatı yenidən qurulur. Bu barədə rayon Elektrik şəbəkəsinin rəisi Hikmət Süleymanov ətraflı məlumat verəcəkdir. Yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilmişdir. Yəhərçi Qazaxlar və Goranlı kəndlərində son tamamlama işləri aparılır. Yaxın günlərdə bu kəndlərə təbii qaz veriləcəkdir. Hazırda rayon üzrə qazlaşma 95 faiz təşkil edir. Bu il həmçinin Həmənli kəndi qazlaşdırılacaqdır.
Bildiyiniz kimi birinci rübün ən əlamətdar siyasi hadisələrindən biri Prezident seçkiləri olmuşdur. 2018-ci il aprelin 11-də Prezident seçkiləri keçirilmişdir. Əvvəlki seçkilərdə olduğu kimi bu seçkidə də Goranboy seçiciləri öz siyasi fəallığı ilə seçilmiş, xalqımızı xoşbəxt gələcəyə aparan möhtərəm Prezidentimizə növbəti dəfə də öz sədaqətlərini bir daha nümayiş etdirmişlər.
Mən çıxışımı cənab Prezidentin sözləri ilə tamamlamaq istəyirəm. «Mən şübhə etmirəm ki, Azərbaycan bundan sonrakı dövrdə də uğurla inkişaf edəcək. Bizim bütün planlarımız həyata keçirilir. Verdiyimiz bütün vədlər yerinə yetirilir. Son 15 il ərzində bir dənə də yerinə yetirilməyən vəd olmamışdır. Bu gün Azərbaycanın reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. Bu yolla uğurla gedəcəyik.
Bu uğurlu yolda Goranboy rayonu da ölkəmizin daha da qüdrətlənməsi naminə öz layiqli töhfələrini verəcəkdir.


Quliyev Nizaməddin Məhəmməd oğlu
Goranboy Rayonu İcra Hakimiyyətinin Başçısı