Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib » Memur.az

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edibBakı. 11 aprel. REPORT.AZ/ "Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir. Bu etimada görə, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.

Dövlət başçısı qeyd edib: "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir".

İlham Əliyev bildirib ki, bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs verib, son 15 il ərzində görülən işlərə yüksək qiymət verib:

"Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq. Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirib".

Memur.az