İlham Əliyev: Azərbaycan mətbəxi dadlı, amma təhlükəlidir » Memur.az

İlham Əliyev: Azərbaycan mətbəxi dadlı, amma təhlükəlidir

İlham Əliyev: Azərbaycan mətbəxi dadlı, amma təhlükəlidirHər bir xalqın mətbəxi onun mədəniyyəti, ənənələri və imkanlarının göstəricisidir. Əlbəttə ki, Azərbaycan mətbəxi çox müxtəlif, çox dadlı, lakin çox təhlükəlidir.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan mətbəxinin əsas təhlükəsi – nəzarət olunmayan çəki artımıdır.

“Ona görə gündəlik həyatda sui-istifadə etməməyə çalışıram. Baxmayaraq hesab edirəm ki, Azərbaycan mətbəxindən dadlı heç nə yoxdur. Düşünürəm ki, hər bir xalqın nümayəndəsi öz mətbəxini sevir və mən də istisna deyiləm.

Azərbaycan mətbəxindən sevimli yeməklərə gəldikdə isə, deməliyəm ki, onların hamısını sevirəm. Lakin ən çox mənim həyat yoldaşım Mehribanın hazırladığı yeməkləri sevirəm. O, bu işdə yaxşı mütəxəssisdir. Öz kulinariya əsərləri ilə mənə və bütün ailə üzvlərinə çoxlu sevinc bəxş edir”, - deyə, AR Prezidenti bildirib.

Memur.az