İşgəncələrə Qarşı Komitəyə yeni sədr təyin olunub » Memur.az

İşgəncələrə Qarşı Komitəyə yeni sədr təyin olunub

İşgəncələrə Qarşı Komitəyə yeni sədr təyin olunubİşgəncələrə Qarşı Azərbaycan Komitəsinə yeni sədr təyinatı olub.

Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, sözügedən vəzifə Azərbaycan Texniki Universitetində müəllim kimi fəaliyyət göstərən fəlsəfə elmləri doktoru Hüseynov Tural Yadigar oğluna həvalə olunub.

T.Hüseynov ailəlidir, iki övladı var.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi ölkədə insan hüquq və azadlıqlarının həyata keçirilməsinə nəzarət edən qeyri-hökumət təşkilatıdır. Təşkilat 2002-ci ildə təsis edilib, 2005-ci ildə rəsmən qeydiyyata alınıb.

Komitənin ilk sədri Elçin Behbudov olub (2002-2015). Onun vəfatından sonra ümumi yığıncağın qərarı ilə Elmira Behbudova Komitənin sədri vəzifələrini icra edib.

Memur.az