BMT-nin baş katibi Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində həllini dəstəkləyir » Memur.az

BMT-nin baş katibi Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində həllini dəstəkləyir

BMT-nin baş katibi Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində həllini dəstəkləyirBakı. 1 mart. REPORT.AZ/ BMT-nin baş katibi Antoniu Quttereş Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həllini dəstəkləyir.

"Report" xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, baş katib bunu Ermənistanın BMT-dəki daimi nümayəndəsi Zoqrab Mnaçakyanla görüşündə deyib.

Antoniu Quttereş BMT-nin ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasına dəyişilməz dəstəyini təsdiqləyib.

Memur.az