Türkiyə Ermənistanla sərhədi gücləndirib » Memur.az

Türkiyə Ermənistanla sərhədi gücləndirib

Türkiyə Ermənistanla sərhədi gücləndiribTürkiyə rəhbərliyi Ermənistanla sərhədində nəzarəti gücləndirilib. FaktXəbər-in "İHA"ya istinadən verdiyi məlumata görə, buna səbəb PKK terror təşkilatı ilə bağlı görülən təhlükəsizlik tədbirləridir.

Qarsda yerləşən sərhəd ərazisi hərbi kameraların köməyi ilə müşahidə olunur. Bundan əlavə hərbçilər 10 kilometr məsafəlik sərhədi mənfi 15 dərəcə hava şəraitində mühafizə edirlər.

Buna qədər Türkiyə sərhədinin PKK terrorçuları tərəfindən pozulması halları bir neçə dəfə qeydə alınıb.

Memur.az