Azad Rəhimov: `Azərbaycan idman ölkəsinə çevrilib` » Memur.az

Azad Rəhimov: `Azərbaycan idman ölkəsinə çevrilib`

Azad Rəhimov: `Azərbaycan idman ölkəsinə çevrilib`"Azərbaycanda bütün sahələr üçün bacarıqlı və səriştəli gənc kadrlar lazımdır. Gənclərə imkan yaratmaq lazımdır ki, qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün ciddi səylə çalışsınlar".

Bunu gənclər və idman naziri Azad Rəhimov İllik Gənclər Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu gün Azərbaycan idman ölkəsinə çevrilib: "Ölkədə təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirlərdə gənclər çox aktiv iştirak edir. İdman tədbirləri gənclər üçün gözəl iş imkanları yaratdı. Gənclər bundan sonra da öz üzərində çalışmalıdırlar ki, gələcəkdə yeni iş imkanlarına sahib ola bilsinlər".

A.Rəhimov əlavə edib ki, gələcəkdə qapalı məkanlarda və döyüş növləri üzrə VI Asiya Oyunları Azərbaycanda keçirilə bilər.

Memur.az