Bu ünvanda ağaclar kəsilməyəcək » Memur.az

Bu ünvanda ağaclar kəsilməyəcək

Bu ünvanda ağaclar kəsilməyəcək“Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər Binəqədi rayonu ərazisində mərhələli qaydada həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi, rayonun mikrorayonlarında və qəsəbələrində yeni parklar, xiyabanlar, yaşayış məntəqələrində nümunəvi məhəllələr salınıb. Bu istiqamətdə işlər davam etdirilməkdədir”. Bu barədə FaktXəbər-ə Binəqədi rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işlərinin davamı olaraq 8-ci mikrorayon, Azadlıq prospekti 188 saylı yaşayış binasının arxa hissəsindəki ərazinin Rayon İcra Hakimiyyəti tərəfindən müasir üslubda abadlaşdırılması işlərinə başlanılması nəzərdə tutulub. Aparılması nəzərdə tutulan abadlıq işləri zamanı ərazidə uşaq oyun elementlərinin quraşdırılması, yaşıl çəmən örtüyünün salınması nəzərdə tutulur. Həmçinin dekorativ ağac və müxtəlif növ bəzək gül-çiçək kollarının əkilməsi tədbirləri yerinə yetiriləcək. Binəqədi rayonu, Azadlıq prospekti 188 ünvanında binanın qarşısındakı ərazidə şikayətçilərin iştirakı ilə yerində araşdırma aparılıb. Sözügedən ərazidə Sakinlər ağacların kəsiləcəyi ilə bağlı narazılıqlarını bildiriblər.

Məlumat üçün bildirmək istərdik ki, orada heç bir ağac kəsintisindən söz gedə bilməz. Əksinə Binəqədi rayon İcra Hakimiyyəti ərazini qanunsuz olaraq zəbt etmək istəyən şəxslərin qarşısını alır və yaxın günlərdə həmin ərazidə iri zeytun ağacları əkilərək orada yaşayan vətəndaşların istifadəsinə veriləcək.

Memur.az