Misirin paytaxtı dəyişdiriləcək » Memur.az

Misirin paytaxtı dəyişdiriləcək

Misirin paytaxtı dəyişdiriləcəkMisirdə yeni inzibati şəhərin tikintisi il yarım ərzində başa çatacaq. Parlament, hökumət və prezident administrasiyası daxil bütün hakimiyyət strukturları Qahirədən bura köçürüləcək.

FaktXəbər-in rosbalt.ru-ya istinadən verdiyi məlumata görə, layihənin rəhbəri Əhməd Zəki Abdin bildirib ki, 700 kv. km-dən çox ərazini əhatə edən yeni paytaxtda həmçinin nazirliklər, idarələr, ali təhsil müəssisələri və diplomatik nümayəndəliklər də olacaq.

Yeni paytaxt Qahirədən 45 km şərqdə, səhrada yerləşəcək, onun əhalisi isə yeddi milyon nəfərə çatacaq. Onlar üçün güzəştli şərtlərlə uzunmüddətli kreditə mənzil əldə edə biləcəkləri yaşayış məhəllələri inşa olunacaq.

Layihənin birinci mərhələsinin dəyəri $ 45 mlrd. təşkil edəcək. Misir hökumətinin ilkin hesablamalarına görə, şəhərin tikintisi 2020-ci ilə qədər tamamalanacaq.

Misir hakimiyyətinin bu qərarı Qahirənin əhali çoxluğuyla əlaqədardır. Belə ki, hazırda burada 20 milyon nəfər yaşayır.

Memur.az