Vəkil Ceyhun Yusifov “Fəxri Fərman”la təltif olundu » Memur.az

Vəkil Ceyhun Yusifov “Fəxri Fərman”la təltif olundu

Vəkil Ceyhun Yusifov “Fəxri Fərman”la təltif olunduBu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətində vəkillərin mükafatlandırma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, mükafat alanlar arasında vəkil Ceyhun Yusifov da olub.

“Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə fəaliyyətdə olduğum müddət ərzində əldə etdiyim bəraət hökmlərinin sayına, o cümlədən vəkillik institutunun inkişafına verdiyim töhfələrə görə “Fəxri Fərman”la təltif olundum.

Göstərilən etimada görə AR Vəkillər Kollegiyasının sədri, hörmətli Anar Bağırova və Rəyasət Heyətinin bütün üzvlərinə təşəkkür edirəm”, – deyə vəkil bildirib.

Memur.az