Maaşlar nə qədər artıb? - Qubad İbadoğlunun şərhi » Memur.az

Maaşlar nə qədər artıb? - Qubad İbadoğlunun şərhi

Maaşlar nə qədər artıb? - Qubad İbadoğlunun şərhi"2018-ci ilin yanvarın 1-dən etibarən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən və 1, 2, 3 və 4-cü tarif dərəcəsi ilə maaş alanların aşağı əmək haqları 4 manatdan 14 manatadək artıb."

FaktXəbər-in məlumatına görə, bu barədə iqtisadçı-alım Qubad İbadoğlu bildirib: "Dünən məlumat yayıldı ki, Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”ndə dəyişikliklər edib. Dəyişikliyə əsasən, əməyin 1, 2, 3 və 4-cü ödənilmə dərəcələrinə müvafiq olaraq 130 (əvvəl 116 ), 132 ( əvvəl 121), 134 ( əvvəl 126) və 136 (əvvəl 132) manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib. Bu dəyişiyə əsas bu ildən minimum əmək haqqının 116 manatdan 130 manata qaldırılması olub. Beləliklə də, 2018-ci ilin yanvarın 1-dən etibarən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən və 1, 2, 3 və 4-cü tarif dərəcəsi ilə maaş alanların aşağı əmək haqları 4 manatdan 14 manatadək artıb.

Burda diqqətinizi 2 məqama cədvəl etmək istərdim. Birincisi, vahid tarif cədvəli 19 dərəcədən ibarətdir. Vahid tarif cədvəli üzrə ödəniş dərəcələri ixtisas tələbləri və iş stajı ilə fərqləndirilir. Məsələn. Ali məktəblərdə dosentlər iş stajından asılı olaraq 14-16 dərəcə ilə, professorlar isə 16-18 dərəcə ilə əmək haqqı alırlar. Hazırkı artım yalnız 1, 2, 3 və 4-cü dərəcə ilə aşağı əmək haqqı alanlara şamil olunur. Bu isə o deməkdir ki. 5-ci və ondan yuxarı olan bütün dərəcələr üzrə əməyin ödənişində dəyişiklik olmayacaq.

İkincisi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olması onların əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinin fərqli olması ilə əlaqədardır. Belə ki, həmin müəssisə və təşkilatlarda çalışanlara Vahid Tarif Cədvəlinin 1-ci dərəcəsi ilə 145 manat ödənildiyindən və bu məbləğ də minimum əmək haqqının hazırkı səviyyəsindən (130 manatdan) yüksək olduğuna görə, son dəyişikliklər onlara şamil olunmur".

İqtisadçı ekspert qeyd edib ki, Nazirlər Kabinetinin qərarı 3 səbəbdən ədalətli hesab oluna bilməzi: "1-si bu artım Vahid Tarif Cədvəlinin yalnız aşağı 4 dərəcəsini əhatə edir. İkincisi, ilk 4 dərəcəyə şamil olunan artımın məbləği hətta rəsmi inflyasiyanın dəyərsizləşdirdiyi 12,9 faizi belə ödəmək iqtidarında deyildir.

Üçüncüsü, ötən qeydə alınan 12,8 faiz ümumi, o cümlədən ərzaq məhsulları üzrə 16,4 faiz xüsusi inflyasiyanın nəticəsində əmək haqqının dəyərsizləşməsi yalnız aşağı tarif dərəcələri üzrə deyil, bütün səviyyələrdə müşahidə olunub. Belə olan halda da rtımın cüzi olsa da yalnız ilk 4 pilləyə şamil olunması və digər 15 dərəcənin inflyasiyadan qorumaq üçün indeksləşdirmənin aparılmaması sosial cəhətdən ədalətli sayıla bilməz".
Memur.az