Millət vəkilindən televiziyalarla bağlı təklif » Memur.az

Millət vəkilindən televiziyalarla bağlı təklif

Millət vəkilindən televiziyalarla bağlı təklif















“Dövlət büdcəsindən maliyyələşən telekanallarda Azərbaycan dili dərslərinin tədris edilməsi vacib məsələdir. Bununla da xaricdə yaşayan soydaşlarımız azərbaycanla bağlı məlumatları daha rahat əldə edə bilərlər”.
“Ölkə.Az”-ın məlumatına görə, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva bildirib.

Q.Paşayeva deyib ki, dünyada yaşayan azərbaycanlıların əksəriyyəti Azərbaycan dilində hazırkı əlifba ilə oxuya bilmirlər:

“Ona görə də diaspora nümayəndələri Azərbaycan telekanalları vasitəsilə Azərbaycan dili dərslərini tədris etsinlər. Xüsusilə də dövlət büdcəsindən maliyyələşən telekanallar bu addımı ata bilərlər”.
Q.Paşayeva həmçinin ödənişli ali təhsil alan əlil gənclərə ödəniş məsələsində kömək edilməsini də təklif edib:

“Bu gənclərimizin sayı elə də çox deyil ki, bu bizə problem yaratsın. Hesab edirəm ki, bu qərar onlara stimul ola bilər. Bu yaxınlarda əlil gənclər ödənişli təhsildən azad edilmələri ilə bağlı müraciət ediblər”.