Silahlı Qüvvələr haqqında yeni qanun qəbul edildi » Memur.az

Silahlı Qüvvələr haqqında yeni qanun qəbul edildi

Silahlı Qüvvələr haqqında yeni qanun qəbul edildi















Yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi Milli Məclisin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Layihə barədə məlumat verən MM sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, layihə hərbi doktrinaya, milli maraqlara və beynəlxalq normalara tamamilə uyğundur. O, ikinci oxunuşda müzakirədən sonra layihə üzərində aparılmış işlər barədə komitə üzvlərini məlumatlandırıb.

"Ölkə.Az"ın xəbərinə görə, qanun layihəsi 5 fəsil, 16 maddədən ibarətdir.
Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.