Bu gün YUNESKO-nun yeni baş direktoru seçiləcək - Namizədlər arasında Polad Bülbüloğlu da var » Memur.az

Bu gün YUNESKO-nun yeni baş direktoru seçiləcək - Namizədlər arasında Polad Bülbüloğlu da var

Bu gün YUNESKO-nun yeni baş direktoru seçiləcək - Namizədlər arasında Polad Bülbüloğlu da var



Bu gün Parisdə YUNESKO-nun İcraiyyə Şurasının (İŞ) 202-ci sessiyası çərçivəsində təşkilatın yeni baş direktoru vəzifəsinə səsvermə keçiriləcək.


Memur.Az report-a istinadən xəbər verir ki, gizli səsvermənin ilk turu bu gün keçiriləcək. Namizədlər arasında Rusiyanın Azərbaycandakı səfiri Polad Bülbüloğlu da var.
Namizədlərdən heç biri İŞ-nin tələb olunan ən azı 58 üzvünün səsini qazana bilməsə, səsvermə həftə ərzində növbəti dörd mərhələ ilə davam edəcək.

Qalibin oktyabrın 13-dən gec olmayaraq açıqlanacağı gözlənilir.
İŞ tərəfindən təyin olunan namizədin təsdiq edilməsi noyabrın 10-da keçiriləcək. Yeni baş direktorun səlahiyyətlərinin icrasına noyabrın 15-dən başlayacağı gözlənilir. O, iki dördillik müddətdə YUNESKO-ya rəhbərlik etmiş bolqarıstanlı İrina Bokovanı əvəzləyəcək.