Aykakan Jamanax: “Fəlakət səviyyəsindəyik” » Memur.az

Aykakan Jamanax: “Fəlakət səviyyəsindəyik”

Aykakan Jamanax: “Fəlakət səviyyəsindəyik”

“Ermənistan iqtisadiyyatına bu ilin birinci rübündə yatırılan xarici investisiya həddən artıq aşağı olub”.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Aykakan Jamanax” qəzeti Ermənistanın İqtisadiyyat Nazirliyindəki mənbələrinə istinadən yayıb.

Mənbənin sözlərinə görə, hələ indiyə qədər Ermənistanda bu cür göstərici müşahidə edilməyib:
“Ermənistana ilin ilk rübündə qoyulan xarici investisiyalar fəlakət səviyyədədir. Belə ki, bu müddət ərzində ölkəyə qoyulan investisiya cəmi 10 milyon dollardır. Halbuki son illərdə bu rəqəm 120-150 milyon dollar arası təşkil edirdi”.