İslamabadda Azərbaycan və Pakistan prezidentlərinin görüşü keçirilib » Memur.az

İslamabadda Azərbaycan və Pakistan prezidentlərinin görüşü keçirilib

İslamabadda Azərbaycan və Pakistan prezidentlərinin görüşü keçirilib

Azərbaycan prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynlə təkbətək görüşü olub.

APA-nın məlumatına görə, görüşdə 2015-ci ildə Məmnun Hüseynin Azərbaycana səfəri məmnunluqla xatırlanıb, Pakistan prezidenti Azərbaycana bu səfərdən xoş təəssüratlarla ayrıdığını bildirilib.

Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı Azərbaycanla Pakistanın bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyətli mövqe göstərdikləri vurğulanıb. Söhbət zamanı regional təhlükəsizlik və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonra görüş geniş tərkibdə davam etdirilib.