Ümumrusiya Azərbaycan Konqresinin qurultayının vaxtı məlum olub Böyüt » Memur.az

Ümumrusiya Azərbaycan Konqresinin qurultayının vaxtı məlum olub Böyüt

Ümumrusiya Azərbaycan Konqresinin qurultayının vaxtı məlum olub  Böyüt

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) IV Qurultayının vaxtı məlum olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, ÜAK-ın növbəti qurultayı dekabrın 28-də Moskvada keçiriləcək.

Qurultayda Azərbaycan və Rusiyadan yüksək vəzifəli dövlət adamlarının iştirakı gözlənilir. Qurultayda təşkilatın prezidenti seçiləcək.

Qeyd edək ki, Ümumrusiya Azərbaycan Konqresinin III qurultayı 2011-ci ilin noyabrın 25-də keçirilib. ÜAK-ın hazırkı prezidenti Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Məmmədbağır Əliyevdir.