"Türkiyəni sarsıtmaq, onu diz üstə çökdürmək istəyirlər" » Memur.az

"Türkiyəni sarsıtmaq, onu diz üstə çökdürmək istəyirlər"

"Türkiyəni sarsıtmaq, onu diz üstə çökdürmək istəyirlər"Türkiyədə toy mərasimi zamanı törədilmiş dəhşətli partlayış hadisəsindən hər bir azərbaycanlı çox sarsıldı.

Memur.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.



"Yenə də antitürkiyə qüvvələri insan faciəsi üzərində dost, qardaş Türkiyəni sarsıtmaq, onu diz üstə çökdürmək istəyirlər.
Bu hadisə bir daha göstərdi ki, terror bəşəriyyət üçün ən böyük təhlükədir və ona qarşı ümumi mübarizə cəbhəsi qurulmalıdır.
Bu faciə ilə əlaqədar Türkiyə xaqlına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk.
Allah yaralılara şəfa versin", - millət vəkili qeyd edib.

Pünhan