Bu gün Bakıda prezidentlərin sammiti keçiriləcək » Memur.az

Bu gün Bakıda prezidentlərin sammiti keçiriləcək

Bu gün Bakıda prezidentlərin sammiti keçiriləcək

Bu gün Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli formatda sammiti keçiriləcək.

APA-nın məlumatına görə, artıq İran prezidenti Həsən Ruhani ötən gündən Azərbaycanda səfərdədir.

Rusiya prezidenti Vladimir Putinin bu gün Azərbaycan gəlməsi gözlənilir.

Görüşdə əsasən “Şimal-Cənub” dəmiryol xəttinin inşası ilə bağlı müzakirələr aparılacaq. Prezidentlər Suriya, Əfqanıstan, terrorçuluq və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlərə də toxunacaqlar.

Sammitin sonunda bəyannamənin imzalanması gözlənilir.