Füzulinin icra başçısı yardımları mənimsəyir » Memur.az

Füzulinin icra başçısı yardımları mənimsəyir

Füzulinin icra başçısı yardımları mənimsəyir

Alı Alıyev olmayan torpaq sahələri üçün pul silir

Füzulu rayonunda kənd təsərrüfatının inkişafı üçün dövlətdən fermerlərə verilən pulun 50 faizi onlardan alınır.
Bu barədə “Azadlıq”a məlumat verən qaynağın sözlərinə görə, bir neçə gün öncə Ilham Əliyevin sərəncamı ilə Füzulidə kənd təsərrüfatı ilə məşğul olan fermerlərə kənd təsərrüfatının inkişafı üçün 1 milyon 600 min manat pul ayrılıb. Həmin pulun 41 min hektar sahəyə xərclənməsi nəzərdə tutulub. Sənədlərdə göstərilən 41 min hektar sahənin 7 min hektarının saxta olduğu deyilir. Belə ki, Füzuli Rayon Icra Hakimiyyətinin başçısı Alı Alıyev heç bir hüquqi sərəncam olmadan həmin 7 min hektarı Bakıda və digər rayonda yaşayan şəxslərin adına yazıb və həmin əraziyə ayrılan pullar ona qalır.
Hər hektara 40 manatın ayrıldığını deyən qaynaq bildirdi ki, həmin pulun yarısı icra başçısına qalır: “Ayrılan 1 milyon 600 min manat pulun 800 min manatı icra başçısına çatır. Ildə iki dəfə fermerlərə belə yardım ayrılır. Bundan öncə isə Füzuli rayonuna 850 min manat pul ayrılbmış və onun da yarısını da icra başçısı mənimsəyib”.
Qaynaq əlavə edir ki, hər il büdcədən kənd təsərrüfatının inkişafı üçün dövlətdən fermerlərə 75 milyon manat vəsait ayrılır.
Fermerlərə verilən həmin pulun 50 faizinin onlardan alınması narazılıq yaratsa da, heç kəs qorxusundan etiraz edə bilmir. Etiraz edənlər bunun növbəti yardımları itirə bilərlər.