İlham Əliyev ekvadorlu həmkarına başsağlığı verdi » Memur.az

İlham Əliyev ekvadorlu həmkarına başsağlığı verdi

İlham Əliyev ekvadorlu həmkarına başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Ekvador Respublikasının PrezidentiRafael Korrea Delqadoya ölkədə baş vermiş zəlzələ nəticəsində həlak olanlarla bağlı başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Ölkənizdə baş vermiş şiddətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ekvador xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.