Ağstafa inkişafa doğru » Memur.az

Ağstafa inkişafa doğru

Ağstafa inkişafa doğru


Bu gün Ağstafa şəhəri respublikanın ən gözəl, təmiz və abad, işıqlı şəhərlərindən birinə çevrilib. Şəhərimizin sakinləri və rayonumuza gələn qonaqlar təmizliyi və abad olması ilə diqqət çəkən müasir tikililərin üstünlük təşkil etdiyi Ağstafa haqqında fəxrlə danışırlar.
Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Prezident İlham Əliyevin imzaladığı sərəncam Ağstafa şəhərində aparılan abadlıq-quruculuq işlərini daha da genişləndirib.Belə ki 2014-cü ildə imzalanmış sərəncam Ağstafanın bu günüdür.
"Şəhərin Heydər Əliyev prospekti də daxil olmaqla dörd küçə əsaslı şəkildə yenidən qurulmuş, küçə və meydanlarda müasir işıqlandırma sistemi quraşdırılmış, 63 min kvadratmetr asfalt örtüyü döşənmiş, 25 min kvadratmetrdən çox səki daşları düzülmüş, park və küçələrə 21 min kvadratmetr mərmər və üzlük plitə döşənmişdir. 462 fərdi və 24 çoxmənzilli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 89 mənzilli iki yaşayış binası tikilərək istifadəyə verilmişdir.
Dövlət Proqramlarının həyata keçirildiyi dövr ərzində Ağstafa rayon büdcəsinin xərcləri 5,6 dəfə, gəlirləri 10,2 dəfə artmışdır. 2015-ci ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində artan dinamika saxlanılmış və daha da yüksəlmişdir. 2015-ci il ərzində rayon iqtisadiyyatı daha da inkişaf etmiş, ümumi məhsul buraxılışının həcmi çoxalmışdır.Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi ildən ilə artır.
.
Ağstafa şəhərinin küçə və meydanların yenidən qurulması, abadlıq işlərinin aparılması və yaşıllıq zolaqlarının salınması daim diqqət mərkəzində olmuşdur. Ötən illərdə şəhərin S.Vurğun, C.Cabbarlı, 20 yanvar, A.Aslanov, M.Allahverdiyev, M.Ə.Rəsulzadə, R.Alıcanov və digər küçələrində abadlıq-yenidənqurma işləri başa çatdırılmışdır. Hesabat ilində də bu iş sürətlə davam etdirilmiş və Ağstafa şəhərinin N.Nərimanov. S.Ağamalıoğlu, B.Mirzəyev və R.Əsədov küçələrində təmir, tikinti və abadlıq, yenidən qurma işləri aparılmışdır. Həmin küçələrdə telefon rabitəsi, elektrik və qaz xətləri təhlükəsiz yerlərə çəkilmiş, küçələrin estetik cəhətdən baxımlı olması üçün zəruri addımlar atılmışdır. Görülmüş işlər sayəsində bu gün Ağstafa şəhəri respublikanın ən gözəl, təmiz və abad, işıqlı şəhərlərindən birinə çevrilib. Şəhərimizin sakinləri və rayonumuza gələn qonaqlar təmizliyi və abad olması ilə diqqət çəkən müasir tikililərin üstünlük təşkil etdiyi Ağstafa haqqında fəxrlə danışırlar. Ötən illərdə rayonun Ermənistanla həmsərhəd olan Köhnəqışlaq kəndində müasir tibb məntəqəsi tikilərək istifadəyə verilmiş, Poylu kəndində 1 saylı uşaq bağçası-körpələr evi yenidən qurularaq kənd sakinlərinin istifadəsinə verilmişdir. Ağstafa şəhərində Musiqi və İncəsənət Mərkəzinin tikintisi və rayon Mədəniyyət evinin əsaslı təmiri Ağstafanı bölgənin mədəni mərkəzi kimi formalaşdırmışdır.
Ağstafa şəhərində içməli su və kanalizasiya sistemi qurulmuş, yeni yaşayı. kompleksləri inşa olunmuş, yollar asfaltlanmışdı.


Hazırda Ağstafa şəhərində tarixi və müasir abidələr parkının - Azərbaycanın parkı keçmişini və bu gününü özündə əks etdirir.Bu park Azərbaycanın tarixini və milli memarlıq ənənələrini daha yaxından tanıtmağa imkan verəcək

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin rayonda aqrar sahədə mühüm nailiyyətlərin əldə olunmasına imkan yaratmıçdı. Məhərrəm Quliyev rayona təyinatından sonra sanki Ağstafa ikinci baharını yaşayır. Məhərrəm Quliyevin rayona qayğısının təzahürü hər yerdə hiss olunur. Ağstafalılar Məhərrəm Quliyevlə qürur duyur, fəxr edirlər.