Azərbaycan XİN Brüsseldəki terror aktlarını pisləyib » Memur.az

Azərbaycan XİN Brüsseldəki terror aktlarını pisləyib

Azərbaycan XİN Brüsseldəki terror aktlarını pisləyib
Nazirlik bəyanat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Brüsseldə törədilmiş terror aktları ilə əlaqədar bəyanat yayıb.

Nazirlikdən Memur.Az verilən xəbərə görə, bəyanatda bildirilib ki, XİN Brüssel şəhərində törədilmiş və çoxsaylı insan tələfatı və yaralanma hallarına səbəb olmuş dəhşətli terror aktlarını qəti şəkildə qınayır:

“Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası həmişə beynəlxalq birliyin terrorizmə qarşı səylərinə öz töhfəsini verib və tərəfdaşlarla birlikdə terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni dəstəkləməkdə davam edəcək”.