Ərdoğan Bakıya gələcək – SƏFƏR QÜVVƏDƏDİR » Memur.az

Ərdoğan Bakıya gələcək – SƏFƏR QÜVVƏDƏDİR

Ərdoğan Bakıya gələcək – SƏFƏR QÜVVƏDƏDİRSəfirlik açıqlama verib.

Paytaxt Ankara şəhərində terror törədilməsinə baxmayaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana martın 15-nə nəzərdə tutulan səfəri gündəlikdə qalır.

Memur.Az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edək ki, dünən Ankaranın Kızılay meydanında törədilən terror hadisəsi zamanı 34 nəfər həlak olub, 125 nəfər yaralanıb.

R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Azərbaycana fevralın 17-də gəlməli idi. Lakin həmin vaxt da Ankarada terror hadisəsi törədilmiş, nəticədə səfər təxirə salınmışdı.