Ərdoğanın Azərbaycan səfərinin tarixi açıqlandı » Memur.az

Ərdoğanın Azərbaycan səfərinin tarixi açıqlandı

Ərdoğanın Azərbaycan səfərinin tarixi açıqlandıYüksək səviyyəli görüşlər keçiriləcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub.

Memur.Az xəbər verir ki, APA-nın məlumatına görə, səfər martın 15-də baş tutacaq.

Səfər zamanı Azərbaycanda yüksək səviyyəli görüşlərin keçirilməsi gözlənilir.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı.

Həmin səfər zamanı Azərbaycanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçirilməli idi.