İlham Əliyev görüş keçirdi - YENİLƏNİB » Memur.az

İlham Əliyev görüş keçirdi - YENİLƏNİB

İlham Əliyev görüş keçirdi - YENİLƏNİBPrezident Stepan Mesiçi qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiçi qəbul edib.

Memur.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun önəmi vurğulandı.

Forumun gündəliyinin geniş sahələri, o cümlədən energetika, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, qaçqınlar, dinlərarası əməkdaşlıq və digər sahələri əhatə etməsinin aktual məsələlərin geniş müzakirəsi baxımından yaxşı imkan yaratdığı və tədbirin artıq mühüm beynəlxalq Foruma çevrildiyi qeyd edildi.

12:49

Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da İsrail Dövlətinin keçmiş Baş naziri Ehud Barakı qəbul edib.

Memur.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə IV Qlobal Bakı Forumunun artıq böyük bir beynəlxalq tədbirə çevrildiyi vurğulandı.

Forumun gündəliyində bir çox vacib məsələlərin yer aldığı qeyd olundu. Bakı Forumunun dünyada gedən prosesləri müzakirə etmək üçün yaxşı imkan yaratdığı bildirildi.

12:48

Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiçi qəbul edib.

Bu barədə Memur.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Məlumata əsasən, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən qısa vaxt ərzində böyük işlər görüldüyü və bu qurumun mühüm beynəlxalq təşkilata çevrildiyi məmnunluqla qeyd edildi, Mərkəzin təşkil etdiyi Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulandı, ölkəmizin təbliğində Forumun əhəmiyyətindən danışıldı.

12:02

Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Ukraynanın keçmiş Prezidenti Viktor Yuşenkonu qəbul edib.

Memur.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışıldı, tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi vurğulandı.

Forumda siyasi, iqtisadi, təhlükəsizlik, multikulturalizm və digər məsələlərin kompleks şəkildə müzakirə olunmasının önəmi qeyd edildi.