Bir qrup elm müəssisəsinin özəlləşdirilməsi qadağan oluna bilər » Memur.az

Bir qrup elm müəssisəsinin özəlləşdirilməsi qadağan oluna bilər

Bir qrup elm müəssisəsinin özəlləşdirilməsi qadağan oluna bilərAzərbaycanda bir qrup elmi tədqiqat müəssisələrinin özəlləşdirilməsinin qadağan olunması təklif edilir.

Memur.Az bildirir ki. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, ikinci oxunuşda yenidən hazırlanmış "Elm haqqında" qanun layihəsində öz əksini tapıb.

Qanunun 34-cü (Dövlət elmi müəssisələrinin özəlləşdirilməsi) maddəsinin 2-ci bəndində göstərilir ki, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri, eləcə də onların nəzdində fəaliyyət göstərən qurumlar özəlləşdirilə bilməz.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.