Şikayətçisiz günü olmayan Saatlı rayon təhsili » Memur.az

Şikayətçisiz günü olmayan Saatlı rayon təhsili

Şikayətçisiz günü olmayan Saatlı rayon təhsili

Bu gün təhsildə hansısa yenilikdən söhbət açmaq, hansısa irəliləyişdən bəhs etmək istəsək də, çox təəssüflər olsun ki, mümkün deyil. Səbəb isə, təbii ki, bu gün təhsilimizdə heç bir irəliləyişin, yeniliyin olmaması ilə bağlıdır. Necə deyərlər, "köhnə hamam, köhnə tas". Əslində təhsilimizin daha da inkişaf etməsi, bu sahədə daim hansısa irəliləyişin olması bizlərin xeyrinədir. Amma əfsuslar olsun ki, bu gün təhsilimiz yerində sayır. Dəyişən sadəcə olaraq bir şey var, o da təhsil sahəsindəki problem, nöqsan və şikayətlərin daha da geniş vüsət almasıdır. Nə qədər acınacaqlı durum olsa da təəssüf hissi ilə bunu qeyd etmək məcburiyyətindəyik.

Təhsilimiz gələcək nəsillərin daha savadlı, bilikli olması olsa da, bu gün yaşananlar ona dəlalət edir ki, bizim gələcəyimiz olan körpələr heç də savadlı və bilikli vir vətəndaş olmayacaqlar. Elə bu nöqteyi nəzərdən də, bu gün valideynlər olduqca narahatdırlar. Axı hər bir valideyn övaldının gələcəyini düşünür. Elə bunun üçün də, övladı ilk orta məktəbə gedəndən, ali məktəbə qədər daha yaxşı təhsil ocağı seçməyə üstünlük verir. Amma hər kəs buna nail ola bilirmi? Təbii ki, yox. Bu gün elə təhsil ocaqlarımız var ki, onlara təhsil ocağı deməyə adamın heç dili də gəlmir. Amma nə etməli ki, deməliyik. Qeyd edək ki, bu gün paytaxtla yanaşı, bölgələrdən də, təhsilimizin durumu, orada yaşananlar barədə şikayətlər daxil olur ki, bu da bir vətəndaş olaraq bizləri narahat etməyə bilməz. Elə bu nöqteyi-nəzərdən də, redaksiyamıza daxil olan hər bir şikayəti işıqlandırmağa və gündəmə gətirməyə çalışırıq. Əsasən də, bölgələrdən daxil olan şikayətlər bizləri daha narahat etmiş olur. Bunun səbəbi isə, paytaxtdakı valideynlərin orta məktəb seçmə şansları bir qədər çox olur. Lakin bölgələrdə yaşayan şagird və valideynlərin belə bir seçmə haqqı olmur. Daimi oxucularımız daha yaxşı bilər ki, dəfələrlə redaksiyamıza Saatlı rayon Təhsil Şöbəsi barədə şikayət daxil olub. Və bizlər də, həmin daxil olan şikayətləri işıqlandırmağa çalışmışıq. Elə bu dəfə də, daxil olan şikayət Saatlı rayon Təhsil Şöbəsindəndir. Yeri gəlmişkən, bilməyənlər üçün qeyd edək ki, Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyevdir. Lakin yəqin ki, Şamil Nurəliyevin adını eşitməyən yoxdur. Çünki onun barəsində həftə səkkiz, mən doqquz mediada tənqidi məqalələrə rast gəlmək mümkündür. Bu isə təbii ki, ilk olaraq, Şamil Nurəliyevin necə işləməsinin göstəricisidir. Qısa xatırlatma verək ki, rayonda fəaliyyət göstərən məktəblərdən heç də ürəkaçan xəbərlər gəlmir. Sakinlər bildirilər ki, məktəblərdə hər il eyni vəziyyət və eyni problemlərdir. Məsələn ötən il müəllimlərin əksəriyyəti guya kursa və ya ixtisasdəyişmə ilə əlaqədar ezamiyyətə göndəriliblər. Əslində isə müəllimlər heç yerə getmir. Onların adları kursda olsa da, özləri işlədikləri məktəblərdə olurlar. Adlarına yazılan ezamiyyə xərcləri isə Şamil müəllimə çatır. Elə də imkanı olmayan rayon əhalisi ümidini məktəbə bağlayır ki, övladı orta məktəbdə biliyə, savada yiyələnəcək və ali məktəbə qəbul olacaq. Amma təəssüflər olsun ki, Şamil Nurəliyev valideynlərin bu arzusunu ürəyində qoyur. Ona görə Şamil Nurəliyev deyirik ki, çünki Rayon Təhsil Şöbəsinə rəhbərlik edən bu şəxs təhsil ocağını yalnız öz şəxsi mənfəəti üçün istifadə edir. Görünən odur ki, Şamil Nurəliyev rayondakı məktəblərdə mövcud problemləri həll etmək yerinə, öz metodlarını davam etdirmək niyyətindədir. Deyilənə görə, dərslərin bitməsinə bir müddət qalmış, məktəbdə müəyyən təmir işləri üçün müəllimlərin maaşından müəyyən qədər tutulub. Lakin yay tətilinin bitməsinə çox qısa zaman qalsa da, məktəblərdə heç bir təmir işləri aparılmayıb. Əksinə rayondakı məktəblərin əksəriyyəti bərbad durumdadır. Digər əldə etdiyimiz məlumatlarda o da qeyd olunur ki, sentyabr ayında yeni dərs ilinin başlaması ilə əlaqədar birinci siniflər üçün sənəd qəbuluna artıq start verilib ki, "şirinlik" verilmədən heç bir uşaq birinci sinifə qəbul edilmir. Deyilənlərə inansaq, görünür həqiqətən də, Şamil Nurəliyev öz metodları ilə işləməyə davam edir. Artıq yeni dərs ili başlamamış, rayondan şikayətlər daxil olur.


A.Səfərli