Şəhidlərimizin xatirəsi anıldı » Memur.az

Şəhidlərimizin xatirəsi anıldı

Şəhidlərimizin xatirəsi anıldıBir dəqiqəlik sükutla.

Bu gün saat 12:00-da Bakıda bir dəqiqəlik sükut elan olundu.

Memur.Az xəbər verir ki, 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsi anıldı.

Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

20 Yanvar - Ümumxalq Matəm Günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.