Ukraynadan Rusiya məhsullarına qadağa » Memur.az

Ukraynadan Rusiya məhsullarına qadağa

Ukraynadan Rusiya məhsullarına qadağa

Ukrayna hökuməti ölkəyə gətirilməsinə qadağa qoyulan Rusiya ərzaq məhsullarının siyahısını təsdiq edib.

İTAR-TASS xəbər verir ki, müvafiq qərar Ukrayna hökumətinin saytında yerləşdirilib.

Memur.Az publika.az-a istinadən bildirir ki, siyahıda ümumilikdə 43 məhsulun adı var. Bura çörək və çörək məhsulları, undan hazırlanmış şirniyyat və qənnadı məmulatları, ət, yağ, qəhvə, qara çay, uşaq qidaları, filtrli siqaretlər, pivə, araq və s. məhsullar daxildir.

Bildirilir ki, bu qərar yanvarın 10-dan avqustun 5-dək və ya Ukrayna kənd təsərrüfatı məhsullarının Rusiyaya buraxılmaması barədə Moskvanın məlum qərarı dəyişdirilənədək qüvvədə olacaq.