Qənirə Paşayeva: “Bir türk xalqının problemi, bütün türk xalqlarının ortaq problemidir” » Memur.az

Qənirə Paşayeva: “Bir türk xalqının problemi, bütün türk xalqlarının ortaq problemidir”

Qənirə Paşayeva: “Bir türk xalqının problemi, bütün türk xalqlarının ortaq problemidir”

Millət vəkili Qənirə Paşayeva Türkiyədə Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin təşkil etdiyi tədbirdə geniş məruzə ilə çıxış edib.

Memur.Az xəbər verir ki, millət vəkili ailələrə, aydınlara, KİV-lərə və QHT rəhbərlərinə səslənərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib, önəmli olduğunu daha çox anlatmalıyıq deyib.

Q. Paşayeva deyib ki, birlik, bərabəlik üçün ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq.

Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili “güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik”- deyib.

O, çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, onun işğaldan azad edilməsi üçün çalışmalıdır:

“Qarabağdan indi də İraq və Suriyadan öz yurdundan zorla qovulan bizim insanımızdır, onlara daha çox sahib çıxmalıyıq.

Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir.

Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq”.

Bu məsələdə ailələrimizim, müəllimlərimizin, siyasətçilər, QHT, KİV, aydınlar və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili onları daha fəal olmağa çağırıb.

K.Həmzəoğlu