Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ISESCO Baş Konfransının XII sessiyasının açılışında iştirak edirlər - YENİLƏNİB » Memur.az

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ISESCO Baş Konfransının XII sessiyasının açılışında iştirak edirlər - YENİLƏNİB

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ISESCO Baş Konfransının XII sessiyasının açılışında iştirak edirlər - YENİLƏNİB
Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası işə başlayıb.

Memur.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyada iştirak edirlər. Dövlətimizin başçısı sessiyanın açılışında çıxış etdi.

Prezident İlham Əliyev onun sərəncamı ilə ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin "Dostluq" ordeni ilə təltif olunduğunu bildirdi və yüksək dövlət mükafatını ona təqdim etdi.

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri çıxış edərək Azərbaycanın yüksək dövlət ordeninə layiq görüldüyünə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Sonra Nigeriya nümayəndəsinə ISESCO-nun 2015-ci il üzrə "Savadlılıq" mükafatı təqdim edildi.

Daha sonra birgə foto çəkdirildi.

----------

10:44

Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası işə başlayıb.

Memur.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyada iştirak edirlər.

Tədbir Qurani-Kərimdən ayənin oxunması ilə başladı.