Polis general-mayoru Əkbər İsmayılov – qanunun aliliyinə, ictimai təhlükəsizliyə və dövlətçiliyə sədaqətlə xidmət edən nümunəvi rəhbər

sosial sebeke

Polis general-mayoru Əkbər İsmayılov – qanunun aliliyinə, ictimai təhlükəsizliyə və dövlətçiliyə sədaqətlə xidmət edən nümunəvi rəhbər
Müstəqil Azərbaycanın uğurlu inkişafında ictimai asayişin və hüquq qaydasının etibarlı şəkildə qorunması mühüm əhəmiyyət kəsb edir. Sabitlik, təhlükəsizlik və qanunun aliliyinin təmin olunması dövlətin dayanıqlı inkişafının əsas şərtlərindəndir. Bu mühüm və məsuliyyətli missiyanın həyata keçirilməsində daxili işlər orqanlarının üzərinə böyük vəzifələr düşür. Peşəkarlığı, yüksək təşkilatçılıq bacarığı və dövlətə sədaqəti ilə seçilən rəhbərlərdən biri də Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılovdur. O, uzun illər ərzində daxili işlər orqanlarında vicdanla xidmət edərək peşəkar fəaliyyəti, prinsipiallığı və məsuliyyətli idarəçilik üslubu ilə həm əməkdaşlarının, həm də ictimaiyyətin hörmətini qazanmış rəhbərlərdən biridir.
Əkbər İsmayılov hesab edir ki, polis əməkdaşının əsas vəzifəsi vətəndaşların hüquq və azadlıqlarını qorumaq, ictimai təhlükəsizliyi təmin etmək və qanunun aliliyinə xidmət etməkdir. Bu prinsiplərə sadiqlik onun rəhbərlik fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Bakı kimi böyük və dinamik şəhərdə ictimai asayişin qorunması xüsusi məsuliyyət tələb edir və bu baxımdan Baş Polis İdarəsinin üzərinə düşən vəzifələr olduqca əhəmiyyətlidir.
Azərbaycan Respublikasında hüquq-mühafizə orqanlarının müasir əsaslar üzərində formalaşdırılması və peşəkar polis sisteminin yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hüquq-mühafizə orqanlarının dövlətçiliyin mühüm dayaqlarından biri olduğunu hər zaman vurğulayır, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkarlığının artırılması və cəmiyyətə xidmət prinsiplərinin gücləndirilməsi istiqamətində mühüm islahatlar həyata keçirirdi. Məhz həmin strateji yanaşma nəticəsində Azərbaycan polisi müasir inkişaf mərhələsinə qədəm qoydu.
Bu uğurlu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanlarının maddi-texniki bazası daha da gücləndirilmiş, müasir texnologiyalar tətbiq olunmuş, polis əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Dövlət başçısı hüquq-mühafizə orqanlarının fəaliyyətini daim yüksək qiymətləndirərək onların dövlətçiliyin qorunmasında mühüm rol oynadığını dəfələrlə vurğulamışdır.
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili İşlər Nazirliyində həyata keçirilən islahatlar, peşəkarlığın artırılması, vətəndaş məmnuniyyətinin təmin olunması, müasir idarəetmə prinsiplərinin tətbiqi və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər daxili işlər orqanlarının fəaliyyətinin keyfiyyətinin yüksəlməsinə mühüm töhfə vermişdir. Nazirliyin müəyyən etdiyi fəaliyyət prinsipləri Bakı şəhər Baş Polis İdarəsinin işində də öz əksini tapır.
Polis general-mayoru Əkbər İsmayılov rəhbərlik etdiyi kollektivdə xidmət intizamının, qanunçuluğun və peşəkarlığın qorunmasına xüsusi diqqət yetirir. Onun rəhbərlik prinsiplərinin əsasını qanuna sədaqət, obyektivlik, məsuliyyət və vətəndaşlara hörmət təşkil edir. O hesab edir ki, polis əməkdaşı yalnız xidməti vəzifəsini yerinə yetirən şəxs deyil, həm də dövlətin və cəmiyyətin etimadını doğrultmalı olan məsuliyyətli bir vətəndaşdır.
Əkbər İsmayılovun fəaliyyətini səciyyələndirən mühüm xüsusiyyətlərdən biri də yüksək vətəndaşlıq mövqeyi və humanist yanaşmasıdır. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını hər zaman yüksək qiymətləndirir, bu istiqamətdə həyata keçirilən təşəbbüslərə həssas yanaşır. Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələrinə və sağlamlıqlarını itirmiş qazilərimizə mənəvi dəstək göstərilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir və Əkbər müəllim də bu müqəddəs dəyərlərə böyük ehtiramla yanaşır.
44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazandı. Bu Zəfər xalqımızın birliyinin, Ordumuzun gücünün və dövlətimizin qətiyyətinin parlaq təcəssümü oldu. Şəhidlərimizin əziz xatirəsinin uca tutulması, qazilərimizin sosial müdafiəsinin gücləndirilməsi bu gün də dövlətimizin və cəmiyyətimizin əsas prioritetlərindəndir. Əkbər İsmayılov da bu kateqoriyadan olan insanların problemlərinə həssas münasibət göstərilməsi istiqamətində öz vətəndaşlıq mövqeyini nümayiş etdirən rəhbərlərdən biridir.
Onun rəhbərliyi altında Bakı şəhər Baş Polis İdarəsində əməkdaşların peşə hazırlığının artırılması, müasir xidmət metodlarının tətbiqi, vətəndaş müraciətlərinə operativ baxılması və ictimai etimadın möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparılır. Əkbər müəllim hesab edir ki, hüquq-mühafizə orqanlarının nüfuzu ilk növbədə qanuna hörmət, peşəkarlıq və vətəndaşlarla düzgün münasibət əsasında formalaşır.
Uzun illər ərzində qazandığı zəngin təcrübə, yüksək təşkilatçılıq bacarığı və prinsipial mövqeyi Əkbər İsmayılovu peşəkar rəhbər kimi xarakterizə edir. O, kollektivdə sağlam xidmət mühitinin formalaşdırılmasına, qarşılıqlı hörmət və məsuliyyət prinsiplərinin qorunmasına daim xüsusi önəm verir.
Bu gün Bakı şəhərində ictimai təhlükəsizliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə, hüquq qaydasının qorunması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər dövlətimizin həyata keçirdiyi təhlükəsizlik siyasətinin mühüm tərkib hissəsidir. Əkbər İsmayılov bu siyasətin həyata keçirilməsində öz peşəkarlığı və məsuliyyətli fəaliyyəti ilə mühüm rol oynayan rəhbərlərdən biridir.
Onun fəaliyyəti dövlətə sədaqət, qanuna hörmət, vətəndaşlara xidmət və yüksək mənəvi dəyərlərə bağlılıq prinsipləri üzərində qurulub. Bu keyfiyyətlər onu həm daxili işlər orqanlarında, həm də ictimaiyyət arasında hörmət qazandıran əsas amillərdən biridir.
Əminliklə demək olar ki, Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılov bundan sonra da Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcək, ictimai təhlükəsizliyin və hüquq qaydasının qorunması istiqamətində fəaliyyətini uğurla davam etdirəcək, dövlətimizin hüquq-mühafizə sisteminin daha da inkişafına öz dəyərli töhfələrini verməyə davam edəcək.
Sonda Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılov 22 İyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün jurnalistləri, media nümayəndələrini və informasiya sahəsində çalışan əməkdaşları ürəkdən təbrik edir.
Əkbər müəllim bildirir ki, milli mətbuat cəmiyyətin obyektiv məlumatlandırılmasında, hüquqi maarifləndirmənin gücləndirilməsində, dövlətçilik dəyərlərinin təbliğində və ictimai həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynayır. O, bütün media nümayəndələrinə möhkəm cansağlığı, peşə fəaliyyətlərində yeni-yeni uğurlar, obyektivlik, məsuliyyət və yüksək yaradıcılıq əzmi arzulayır, Azərbaycan mətbuatının bundan sonra da ölkəmizin inkişafına, milli maraqların qorunmasına və cəmiyyətin maariflənməsinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edir.

Amid Əliyev
Memur.TV-nin rəhbəri
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

SON XƏBƏRLƏR