Bir çox Amerika şirkəti Rusiyada fəaliyyətini bərpa etməkdə maraqlıdır.
"MemurTv.az "ın verdiyi məlumata görə, bunu Rusiyadakı Amerika Ticarət Palatasının (AmCham) baş icraçı direktoru Robert Eyci bildirib.
Onun sözlərinə görə, xeyli sayda amerikalı sahibkar Rusiya bazarına qayıtmaq istəyir. Lakin ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar buna imkan vermir.
Eyci qeyd edib ki, əsas maneə ABŞ hakimiyyətinin tətbiq etdiyi çoxsaylı məhdudiyyətlər olaraq qalır.
Xatırladaq ki, bundan əvvəl The New York Times qəzeti yazmışdı ki, Rusiyaya qarşı sanksiya siyasəti ABŞ dollarının mövqelərini zəiflədə bilər. Nəşrin məlumatına görə, Vaşinqton qlobal maliyyə sistemində Çin yuanı və kriptovalyutaların populyarlığının artmasından narahatdır.
ABŞ şirkətləri Rusiyada bizneslərini bərpa etməkdə maraqlıdır
sosial sebeke

















