Gənclər və idman nazirinin müavini İndira Hacıyevanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forum (YSSF) çərçivəsində bir sıra tədbirlərdə iştirak edib.
Bu barədə "MemurTv.az"a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Tədbirdə davamlı inkişaf məqsədlərinin icrası, eləcə də gənclərin bu prosesdə rolu ilə bağlı müzakirələr aparılıb.
Səfər çərçivəsində İndira Hacıyeva BMT Gənclər Ofisinin rəhbəri, BMT Baş katibinin Gənclər Məsələləri üzrə köməkçisi Felipe Paullier ilə görüşüb. Görüşdə BMT Gənclər Ofisi ilə Azərbaycan arasında əməkdaşlıq imkanları və azərbaycanlı gənclərin Ofisin gələcək təcrübə proqramlarında iştirakı məsələləri müzakirə olunub.
Səfər çərçivəsində Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi çərçivəsində AQEM Katibliyi və Qazaxıstanla birgə "AQEM üzv dövlətlərində Könüllülük" adlı fotosərginin açılışı keçirilib. Həmçinin "AQEM üzv dövlətlərində Könüllülük üzrə ən yaxşı təcrübələr" mövzusunda yan tədbir baş tutub.
Gənclər və idman nazirinin müavini BMT-nin forumuna qatılıb
sosial sebeke

















