YAP hansı deputatların namizədliyini irəli sürməyib? - SİYAHI » Memur.az

YAP hansı deputatların namizədliyini irəli sürməyib? - SİYAHI

YAP hansı deputatların namizədliyini irəli sürməyib? - SİYAHI

Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədliyini irəli sürmədiyi deputatların adları məlum olub.


APA-nın məlumatına görə, hakim partiya 13 deputatın namizədliyini irəli sürməyib.

Namizədliyi irəli sürülməyənlərin siyahıdsına 109 saylı Balakən Seçki Dairəsindən deputat seçilmiş Rəbiyyət Aslanova, 6 saylı Culfa-Babək Seçki Dairəsi İsmayıl Hacıyev, 16 saylı Yasamal II Seçki Dairəsindən Abel Məhərrəmov, 27 saylı Sabunçu II Seçki Dairəsindən Qalib Salahzadə, 62 saylı Saatlı Seçki Dairəsindən Cəlal Əliyev, 81 saylı Beyləqan Seçki Dairəsindən Ayaz Orucov, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən Ərəstun Cavadov, 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən Gülçöhrə Məmmədova, 55 saylı Xaçmaz şəhər Seçki Dairəsinfən Arif Əşrəfov, 57 saylı Kürdəmir Seçki Dairəsindən Fərhad Qəribov, 77 saylı Astara Seçki Dairəsindən Aslan Cəfərov, 107 saylı Qazax Seçki Dairəsindən Əhməd Vəliyev və 121 saylı Laçın Seçki Dairəsindən Nazim Fərəcov daxildir.