NATO rəsmisi: “Rusiyanın bütün qonşuları ilə ərazi mübahisəsi var...” » Memur.az

NATO rəsmisi: “Rusiyanın bütün qonşuları ilə ərazi mübahisəsi var...”

NATO rəsmisi: “Rusiyanın bütün qonşuları ilə ərazi mübahisəsi var...”

Rusiya ilə əməkdaşlıq – diskussiya üçün məkandır. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi, baş katibin müavini Ceyms Appaturay bildirib.

“Ruslar hiss edirlər ki, onları öz qonşularının suverenliyini müəyyən eləmək hüququndan məhrum ediliblər. Rusiyanın 6 qonşusundan 5-nin onunla ərazi mübahisəsi var. Bu, çox dəqiq siyasi göstəricidir. Biz həm NATO, həm də Qərb bu xalqlara duruş gətirmək üçün kömək eləmələyik” – qeyd edib alyans rəsmisi.

Diskussiyanın daha bir iştirakçısı – 1999-2007-ci illərdə Latviya prezidenti olmuş Vayra Vike-Freyber bildirib ki, Rusiya hakimiyyəti “psixopatik” hakimiyyətdir və onun hərəkətlərinin motivlərinə qulaq asmağa elə də dəyməz. “Ən yaxşısı – qarşılıqlı kömək və dəstəyin yollarını axtarıb tapmaqdır” - əlavə edib eks-prezident.