Respublikaçı seçkilərdən geri çəkildi » Memur.az

Respublikaçı seçkilərdən geri çəkildi

Respublikaçı seçkilərdən geri çəkildi

Rik Perri prezident seçkilərində vahid namizəd olmaq uğrunda mübarizə aparmayacaq
Amerika Birləşmiş Ştatlarında Respublikaçılar partiyasından prezidentliyə namizəd olacağı gözlənilən Rik Perri 2016-cı ildə keçiriləcək seçkilərdə iştirak etməkdən imtina edib.

Bu barədə Perri özü Missuri ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib. Respublikaçı bildirib ki, partiyasını yaxşı əllərə əmanət etdiyini bilərək, öz seçki kampaniyasını yekunlaşdırır və təşviqat kampaniyasında iştirakına görə təəssüflənmir.

Texas ştatının keçmiş qubernatoru Rik Perri öz təşviqat kampaniyasına iyulun 4-də başlamışdı, lakin o, respublikaçılardan vahid namizəd olmaq uğrunda mübarizə aparan çoxsaylı respublikaçı rəqiblərinin arasında seçilə bilmədi. Rik Perri 2012-ci ildə keçirilən prezident seçkilərində də iştirak etmişdi.

O, həmçinin Texas ştatı qubernatoru postunda ən çox qalmış oğul Corc Buşu əvəzləməklə məşhurlaşmışdı.