“Sahil İncisi" Ticarət Mərkəzinin rəhbərliyi barəsində vergi cinayəti açıla bilər » Memur.az

“Sahil İncisi" Ticarət Mərkəzinin rəhbərliyi barəsində vergi cinayəti açıla bilər

“Sahil İncisi" Ticarət Mərkəzinin rəhbərliyi barəsində vergi cinayəti açıla bilər

Burada Avropa standartlarına cavab verməyən Çin malları müştərilərə "orijinal" adı ilə satılır

Paytaxtın Səbail rayonu, Bülbül prospekti 15 ünvanında yerləşən "Sahil İncisi" Ticarət Mərkəzilə bağlı redaksiyamıza bir sıra ilginc məlumatlar daxil olub. Belə ki, adıçəkilən ticarət obyektində ciddi nöqsanlara, vergidən yayınma hallarına yol verildiyini qeyd edən məlumatlı şəxsin sözlərinə görə, rəhbərlik "Sahil İncisi"ndə çalışanlarla əmək müqaviləsi bağlamaqda maraqlı deyil.

Mənbə iddia edir ki, "Sahil İncisi" Ticarət Mərkəzinin sahibi milyonlar qazansa da, əvəzində dövlətə vergi verməkdən boyun qaçırır: "Elə bu səbəbdən də aidiyyəti qarumlar yaxın vaxtlarda ölkənin ən iri ticarət mərkəzlərindən biri hesab olunan "Sahil İncisi"ində yoxlamalara başlayacaq. Heç şübhəsiz ki, bu zaman kifayət qədər ciddi maliyyə pozuntularının üstü açıla bilər. Bütün bunlar onu deməyə əsas verir ki, artıq "Sahil İncisi" Ticarət Mərkəzinin başının üstünü qara buludlar alıb. Yəni artıq bu obyektdə olub-bitənlər səlahiyyətli şəxslərin və qurumların diqqətindən yayınmayıb. Artıq belə söz-söhbətlər də yaranıb ki, "Sahil İncisi" Ticarət Mərkəzi bağlana, yaxud başqa bir şəxsin idarəetməsinə verilə bilər. Ümumiyyətlə, ticarət mərkəzinin rəhbərliyi vergidən və sosial sığorta ödənişlərindən ustalıqla yayınmağı bacarır".

Qeyd edək ki, "Sahil İncisi" Ticarət Mərkəzilə bağlı əldə etdiyimiz məlumatlar sırasında daha çox diqqəti çəkən icarəhaqqının yığılması ilə bağlıdır. Bu barədə bilgilərini bizimlə bölüşən məlumatlı şəxsin sözlərinə görə, yığılan vəsaitlər rəsmiləşdirilmir, heç bir qeydiyyat aparılmır: "Əgər lazımi rəsmiləşmə aparılsaydı, o zaman dövlət büdcəsinə müvafiq vergi və sosial ödənişlər həyata keçirilərdi. Görünən odur ki, "qara mühasibatlıq" "Sahil İncisi" Ticarət Mərkəzindən də yan keçməyib. Bundan başqa, burada müvafiq standartlara əməl olunmamasını müəyyənləşdirməkdən ötrü peşəkar olmağa da ehtiyac yoxdur. Həm satışın təşkilində, həm də satılan mallarda standartdan əsər-əlamət yoxdur. Əgər müvafiq orqanlar obyektiv araşdırma aparsalar, onda "Sahil İncisi" Ticarət Mərkəzinin rəhbərliyi barəsində vergi cinayəti açıla bilər".

Mənbə həmçinin, onu da bildirir ki, adıçəkilən ticarət mərkəzində məhsullar, əsasən də geyimlər dükan və bazarlara nisbətən baha qiymətə satılır: "Bu isə öz növbəsində, birbaşa istehlakçıların hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Onu da qeyd edim ki, "Sahil İncisi" Ticarət Mərkəzindən uşaq paltarları alarkən ehtiyatlı olmaq lazımdır. Çünki heç satıcılar özləri də müştərilərə təqdim olunan uşaq paltarlarının doğrudan da, orijinal brend malları olub-olmadığını bilmirlər. Odur ki, həmin paltarlar övladımın dərisinə ziyan verə bilər, ciddi fəsada səbəb ola bilər. Bahaçılığa gəlincə, paytaxtda heç bir ticarət mərkəzi bu sahədə "Sahil İncisi"lə müqayisə oluna bilməz. Çünki digər ticarət mərkəzlərindəki eyni geyimlər burada dəyərindən bir neçə dəfə baha satılır. Ümumiyyətlə, Çin məhsulları "Sahil İncisi"ni tamamilə zəbt edib. Belə ki, Çindən gətirilən ərzaq, kosmetika, geyim, qab-qacaq, mobil telefon, məişət əşyaları və digər məhsullar təkcə adıçəkilən ticarət mərkəzində daha geniş yayılıb. Həmin məhsullar isə Avropa standartlarına cavab vermədiyi halda müştərilərə "orijinal" mal adı ilə satılır. Ki, bu da kələkbazlıqdan başqa bir şey deyil..."

Mövzu ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.

P.S. Növbəti sayımızda oxuyacaqsınız. Almaniyadakı Alik kimdir. Londonda kim yaşayır. 200000 dollarlıq bıçaqlanmanın qazancını Hamlet müəllim necə alıb. Kürəkən, yoxsa düşmən. Vaxtilə tum, indi milyonlar. Onu, iki nəfərin ölmünə görə, nə üçün həbs etmədilər. 70 hektar torpaq, bahalı atlar və Altun adlı qohum.
Sərxan Məlikbəy