Fərəcov şöbə müdirini işdən çıxardı » Memur.az

Fərəcov şöbə müdirini işdən çıxardı

Fərəcov şöbə müdirini işdən çıxardı

Sumqayıt şəhər İcra hakimiyyətində kadr islahatlarına başlanılıb. İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov işdən azad olunub.
İcra hakimiyyətindən Axar.az-a verilən məlumata görə, C.Cəbrayılov özü istefa ərizəsi yazıb və yeni rəhbərlik onun istefasını qəbul edib. C.Cəbrayılov bu vəzifəsindən əvvəl Sumqayıtın keçmiş, Səbayılın hazırkı icra başçısı Eldar Əzizovun köməkçisi kimi çalışıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Abşeron rayonunun icra başçısı Zakir Fərəcov Sumqayıta, Sumqayıt şəhərinin icra başçısı Eldar Əzizov isə Səbayıl rayonuna təyinat alıb.