Hansı icra başçılarının yeri dəyişdi? » Memur.az

Hansı icra başçılarının yeri dəyişdi?

Hansı icra başçılarının yeri dəyişdi?

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev E.Ə.Əzizovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən Eldar Əziz oğlu Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Zakir Fərəc oğlu Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

***

Azərbaycan Prezidenti İlham Əliyev Nəsib Məhəməliyevin Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Asif Yunis oğlu Əsgərov Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Eldar Əzizovun Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İradə Gülməmmədovanın Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.