Elm və təhsil naziri Zərdabda vətəndaşları qəbul edib » Memur.az

Elm və təhsil naziri Zərdabda vətəndaşları qəbul edib

Elm və təhsil naziri Zərdabda vətəndaşları qəbul edibElm və təhsil naziri Emin Əmrullayev Zərdab şəhərində vətəndaş qəbulu keçirib.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Qəbulda Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay və Kürdəmir sakinləri iştirak ediblər.

Vətəndaşlar işlə təmin olunma, iş yerinin dəyişdirilməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.