AXCP Nərimanov rayon şöbəsi Razi Nurullayevi dəstəklədi » Memur.az

AXCP Nərimanov rayon şöbəsi Razi Nurullayevi dəstəklədi

AXCP Nərimanov rayon şöbəsi Razi Nurullayevi dəstəklədi

“Biz Əli Kərimlinin siyasətinə etiraz edirik”
AXCP Nərimanov rayon şəbəsinin “Vahid Azərbaycan” dayaq dəstəsinin 9 nəfər üzvü Əli Kərimlinin yürütdüyü siyasətə etiraz olaraq Razi Nurullayevin sədrlik etdiyi Etimad Qurulayına Hazırlıq üzrə Təşkilat Komitəsinə qoşulduqlarını bəyan ediblər. Nərimanov Rayon şöbəsinin sədr müavini Qasımov Şirvani, Məclis üzvü Qasımov Nizami, Məclis üzvü Qasımov Xətai, Tağıyev Cahangir, Bayramov Əfsun, Məmmədov Samid, Nəbiyev Dilsuz və Quliyev Emin yaydıqları bəyanatda Əli Kərimlinin partiya daxilində yaratdıqları avtoritarizmə, özbaşınalığa etiraz etdiklərini bildirirlər: “Biz AXCP üçün canımızı fəda etdiyimiz, müxalif mövqeyimizə görə işdən qovulduğumuz günlərdə Əli Kərimli bizim hüquqlarımızı müdafiə etmədi. Partiyada ayrıseçkilik mühitinin formalaşması bizi seçim etməyə vadar etdi və biz bundan sonra fəaliyyətimizi Razi Nurullayevin rəhbərliyiyi altında davam etriməyə qərar verdik”.