Fəzail Ağamalı seçkilərə qatılmayacaq » Memur.az

Fəzail Ağamalı seçkilərə qatılmayacaq

Fəzail Ağamalı seçkilərə qatılmayacaq

Onu 59 saylı Salyan-Neftçala dairəsində Samir Ağamalı əvəzləyəcək

Parlament seçkiləri yaxınlaşdıqca artıq kimlərin namizəd olacağı dəqiqləşməyə başlayıb. JAM.AZ xəbər verir ki, indiyə qədər bir sıra müxalifət partiyası və blokları namizədlərinin adını açıqlayıb. Amma Milli Şura, Müsavat və YAP kimi iri partiyalar isə son günü gözləyirlər və avqustun 31-nə qədər siyahılarını açıqlamağı düşünürlər.

Bildirək ki, bəzi dairələrdən namizəd olacağı düşünülən şəxslərin isə bu seçkilərdə parlamentə düşmək fikirləri yoxdur. JAM.AZ-a verilən məlumata görə, əsasən də yaşlı deputatlar özlərini deyil, övladlarını və ya nəvələrini önə çəkməyi planlaşdırıblar.

Həmin məlumatda vurğulanır ki, 59 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputat seçilmiş Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bu ilki parlament seçkilərinə qatılmaq fikrində deyil. Onun yerinə isə partiyadan oğlu Samir Ağamalının namizədliyinin irəli sürüləcəyi deyilir.

Qeyd edilir ki, Samir Ağamalı hazırda AVP-nin aparat rəhbəridir və xeyli müddətdir partiyanın işlərini həyata keçirir. Üstəlik, Fəzail Ağamalı da artıq yaşlanıb və onun 68 yaşı var. Belə olan təqdirdə, növbəti seçkilərə elə oğlunun namizədliyi ilə qatılacaq.

Qarşı tərəfi də dinləməyə hazırıq.