Qənirə Paşayeva Türkiyə ziyalılarına çağırış edib » Memur.az

Qənirə Paşayeva Türkiyə ziyalılarına çağırış edib

Qənirə Paşayeva Türkiyə ziyalılarına çağırış edib

Türkiyənin Bolu bölgəsində Beynəlxalq Koroğlu Festivalı çərçivəsində Türk tarixi çalıştayında çıxış edən millət vəkili Qənirə Paşayeva Türk dövlət və toplumlarından gəlmiş türk yazar, araşdırmaçılar və aydınlara səslənib. O, topluma örnək olaraq bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz bir-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva çıxışında qondarma erməni soyqırımı iddiaları, bununla bağlı Avropa Parlamentinin və bəzi ölkələrin qərəzli mövqeyindən, Azərbaycanın və Türk dünyasının ən böyük problemi olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. “Qarabağ probleminin həlli, qondarma erməni soyqırımı iddialarına qarşı sərt mübarizə harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə yazarlarım, araşdırmaçıların, aydınların, jurnalsitlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva Azərbaycan və Qarabağ həqiqətlərini yerində görmək üçün tədbirdə iştirak edən yazar, araşdırmaçı və jurnalistləri ölkəmizə dəvət edib. Çıxışının sonunda isə inşallah, gələn dəfə birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik deyib. O, Bolu bələdiyyəsinə qədim Bolunun mərkəzi parklarından birinə Qarabağ adının verdikləri üçün təşəkkür edib və inşallah torpaqlarımızı işğaldan azad edib bu gözəl tədbirlərimizi orada da birlikdə keçirək deyib. Millət vəkili Qənirə Paşayeva çıxışının sonunda tədbirin təşkilatçılarına Azərbaycan mədəniyyəti, tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar, müəllifi olduğu kitabları hədiyyə edib.