“Report” xəbər verir ki, bu barədə “ANKA” nəşrinə Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi məlumat verib.
“Prezidentimizin Moskvada Suriya prezidenti Əsədlə görüş keçirəcəyi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil” ,- deyə o qeyd edib.
Qeyd edək ki, “Daily Sabah” qəzeti daha əvvəl mənbəyə istinadən yazıb ki, Ərdoğanla Əsəd arasında 2011-ci ildən bəri ilk görüş avqust ayında Rusiya paytaxtında baş tuta bilər.
