Mikayıl Cabbarov: “Azad edilmiş ərazilərdə minlərlə iş yeri yaradılıb”
siyaset
28-06-2024, 10:12
111

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasıdır: “Azad edilmiş ərazilərdə minlərlə iş yeri yaradılıb və bunun çox hissəsi özəl sektorun payına düşür”.
Nazir bildirib ki, azad edilmiş ərazilərdə sahibkarlar üçün güzəştlər tətbiq edilir.