BMT-nin rezident əlaqələndiricisi: COP29 çərçivəsində təşəbbüslərin irəli sürülməsini dəstəkləyirik » Memur.az

BMT-nin rezident əlaqələndiricisi: COP29 çərçivəsində təşəbbüslərin irəli sürülməsini dəstəkləyirik

BMT-nin rezident əlaqələndiricisi: COP29 çərçivəsində təşəbbüslərin irəli sürülməsini dəstəkləyirikRezident Əlaqələndiricisi Ofisi BMT agentlikləri ilə birlikdə COP29 çərçivəsində təşəbbüslərin irəli sürülməsini dəstəkləyir.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva bildirib.

“Həmkarlarımla birlikdə biz qlobal səviyyədə təşəbbüsləri dəstəkləyirik və ölkə səviyyəsində iqlimlə bağlı fəaliyyətlə bağlı məlumatlılığı artırmağa çalışırıq. Paralel olaraq, biz 2021-2025-ci illər üçün Əməkdaşlıq Çərçivə Proqramını həyata keçirməyə davam edirik. Bu işin bir hissəsi olaraq biz yoxsulluqla mübarizə və ya investisiyalardan düzgün istifadə də daxil olmaqla bir çox sektorlarda hökumətə dəstək veririk”, - o vurğulayıb.