“Azəryolservis" ASC uğrunda 3 namizədin ölüm-dirim savaşı » Memur.az

“Azəryolservis" ASC uğrunda 3 namizədin ölüm-dirim savaşı

“Azəryolservis" ASC uğrunda 3 namizədin ölüm-dirim savaşı

Bu vəzifəyə yuxarı dairələrdə güclü himayədarı olan Xəqani Kazımov daha iddialıdır

"Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin Sədri Cavid Qənbər oğlu Qurbanov işdən azad edilərək, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

"Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinə isə hələlik heç kim təyin olunmayıb. Redaksiyamıza daxil olan ekskluziv məlumata görə, bu posta üç namizəd iddialıdır. Artıq aralarında ciddi rəqabətin getdiyi bildirilir. Bununla "Avtomobil Yollarının İstismarı və Reklam" MMC-nin rəisi Əvəz Qocayev, Yol İstismarı İdarəsinin 1 saylı müəssisəsinin rəisi Saleh Məmmədov və Yol İstismarı İdarəsinin 71 saylı YİM-in rəisi Xəqani Kazımovdur. Verilən məlumatda bildirilir ki, bu üç rəis arasında "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinə sədr olmaq şansı daha çox Yol İstismarı İdarəsinin 71 saylı YİM-in rəisi Xəqani Kazımova məxsusdur. Bildirilir ki, Xəqani Kazımov indiyə qədər verilən tapşırıqları layiqincə yerinə yetirib və daha yuxarı instansiyalarda gücülü himayədarı var.