Kreditorlar AST Telmanı məhkəməyə verdi » Memur.az

Kreditorlar AST Telmanı məhkəməyə verdi

Kreditorlar AST Telmanı məhkəməyə verdi

Biznesmen borclarını ödəyə bilmir
Kreditorlar AST qrupunun rəhbəri və qalmaqallı Çerkizov bazarının sahibi Telman İsmayılovu məhkəməyə verib. Bu bərədə Rusiyanın "Kommersant" nəşri məlumat yayıb.

Moskva bankı (Банк Москвы) biznesmenin ona olan 13 milyard rubl məbləğində olan borcunu qaytarmağı tələb edir. T.İsmaylovun bu məbləği Moskvada ona məxsus olan daşınmaz əmlakın satılması yolu ilə ödəyəcəyi nəzərdə tutulurdu. Lakin buna dair əldə edilmiş razılaşma pozulub.

Bundan əlavə İsmayılovun əmlakına namizədlər arasında digər azərbaycanlı biznesmen Yakov Yaqubovun da adı çəkilirdi.

"Moskva bankı və İsmayılovlar ailəsi problemli kreditin ödənilməsi məsələsini məhkəməyə müraciət etmədən, AST qrupuna məxsus daşınmaz əmlakın satışı yolu ilə həll etməyə çalışıb. Artıq alıcı da mövcud idi, girov təyin edilmişdi. Lakin sövdələşmə pozuldu və bank məhkəməyə üz tutmaq məcburiyyətindədir ",- deyə qəzet vəziyyətlə ətraflı tanış olan mənbəyə istinadən bildirir.
Telman İsmayılovdan narazı qalan yeganə kreditor deyil. Ötən il Sergey Yançukova məxsus olan "Manqazeya" qrupu Kipr məhkəməsində Telman İsmayılova məxsus 100 milyon ABŞ dolları məbləğində aktivlərin dondurulmasına nail olub. Həbs edilmiş daşınmaz əmlakın siyahısında Moskvada inşa edilən mehmanxana və məşhur Mardan Palace oteli də yer alıb.

Lakin "Manqazeya" qrupu sözü gedən əmlak üzərində real nəzarəti hələlik əldə edə bilməyib. Məhkəmədən bir neçə ay sonra aktivlərin bir qismi kreditorların, o cümlədən Azərbaycan Beynəlxalq Bankının nəzarəti altına verilib.